+994 77 5000077
Müqayisədə məhsullar: 0

Sizin səbət boşdur

Toyota FJ Cruiser 2011-14 OME asqı dəsti (+50mm)

Dəvəquşu ağır olduğu üçün uça bilmir. Lakin, siz bu heyrətamiz canlını qaçanda görmüsünüzmü? Onun güclü ayaqları hər dəfə yerə dəyəndə amortizasiya edərək yolun relyefinə uyğunlaşır və kənardan baxana elə gəlir ki, gövdəsi hərəkət etmir. OLD MAN EMU asqılarını işləyib hazırlayan mütəxəssislər məhz bu effekti əldə etməyə çalışmışdır.
Avtomobillərin, xüsusilə də tam ötürücülü avtomobillərin asqı sistemi haqqında danışarkən onların bütöv bir kompleks olduğunu demək heç də onları tam xarakterizə etmək üçün kifayət etməzdi. Hər bir avtomobilin xüsusi diqqət tələb edən bir sıra parametri var. Bütün istehlakçılar üçün layihələndirilmiş vahid asqı sistemi praktik baxımdan heç də əlverişli olmazdı, çünki, hər sürücü avtomobilin asqısını öz ehtiyaclarına və zövqünə uyğunlaşdırmağa çalışır. Ümumiyyətlə, insanların rahatlıq anlayışları bir – birindən çox fərqlənir. Ancaq, bütün bu fərqlərə baxmayaraq, avtomobillərə satış sonrası təklif edilən asqı variantlarının əksəriyyəti eyni konfiqurasiyada olur və istənilən halda necə deyərlər, “əl gəzdirilməsini” tələb edir.
OLD MAN EMU isə tamamilə fərqli yanaşma tərzini təmsil edir. Avtomobilin yerdən hündürlüyünü artırmaq məqsədi ilə bu və ya digər detalların dəyişdirilməsi yerinə, OME hər biri yolsuzluq avtomobilləri üçün müxtəlif səviyyələrdə komfort, yük tutumu və idarəetmə variantları təklif edən təkmilləşdirilmiş sistemlər təklif edir. Bu sistemlərin tərkib hissələri ARB şirkətinin dizaynerləri tərəfindən işlənib hazırlanmış və Avstraliyada yerləşən,  istehsal zamanı keyfiyyətə ən ciddi nəzarətin təmin edildiyi zavodlarda istehsal edilir.
Hər bir avtomobil üçün amortizator və yaylar əvvəlcə prototip olaraq hazırlanır, müxtəlif yol şəraitlərində, müxtəlif yüklənmələrin təsiri altında sınaqdan keçirilir. Ən yaxşı xarakteristikalara nail olmaq üçün bu sınaqlar və onlardan sonra aparılan təkmilləşdirmələr həftələrlə davam etdirilir. ARB mütəxəssisləri amortizatorlarla yayların avtomobillə vahid sistem təşkil etdiyinə inanana qədər və nə təsir edən yükün nə də avtomobilin hərəkət etdiyi yol şəraitinin onların texniki xarakteristikalarına təsir etmədiyindən əmin olana qədər sınaqlar davam etdirilir.

çatdırılma Bakı və ətraf kəndlərə 48 saat ərzində çatdırılma

Təsvir

daha ətraflı

Rəylər (0)

Orta qiyməti:
0
Rəy bildirmək Bütün rəyləri göstər

Texniki xüsusiyyətləri

Ümumi parametrlər

Avtomobil markası/tipi Toyota FJ Cruiser
Tip İdman

Konstruksiya

Quraşdırma Ön/arxa
Bütün xüsusiyyətləri göstər

Texniki xüsusiyyətləri: Toyota FJ Cruiser 2011-14 OME asqı dəsti (+50mm)

“NITROCHARGER SPORT” AMORTIZATORLARI

Avstraliya qitəsinin özünəməxsus yol şərtləri amortizatorların yaradılması baxımından çox gözəl poliqon rolunu oynayır. Bir qayda olaraq, Avstraliyada yolsuzluq avtomobilləri tam yüklənmiş, əlavə avadanlıqlar quraşdırılmış şəkildə çala – çuxur, dərə - təpə yerlərlə uzun məsafələr qət etməli olur. OME asqı sistemlərini yaradan mütəxəssislər Nitrocharger Sport amortizatorlarını işləyib hazırlayarkən bu amilləri nəzərə aldı. OME mühəndisləri məhz bu sahədə xeyli bilik və bacarıq toplamışdır – onlar ancaq tam ötürücülü yolsuzluq avtomobilləri üçün gücləndirilmiş asqı sistemlərinin işlənib hazırlanması ilə məşğul olur və ancaq  bu sahədə ixtisaslaşmışdır. Bu zəngin bilik və təcrübə nəticəsində Nitrocharger Sport seriyasından olan amortizatorlarının tərkib hissələri konstruktiv cəhətdən möhkəm, bütöv və çox yüksək keyfiyyətə malik olur ki, bu da amortizatorun sıxma və təpmə klapanlarının qabaqcıl xarakteristikaları ilə birlikdə amortizatorların indiyə kimi əldə edilmiş ən optimal texniki xarakteristikalarını təmin edir.
Nitrocharger Sport seriyasının fərqləndirici cəhəti konkret avtomobil modelinə görə fərdi qaydada köklənməsi saysində avtomobilin idarəetməsini xeyli yaxşılaşdırması, ona nəzarət imkanlarını genişləndirməsidir. Bu cəhət yol örtüyü olan ya da olmayan istənilən yol şəraitdə avtomobili sürətlə hərəkət etdirərkən daha çox hiss olunur. Əksər hallarda bir model üçün Nitrocharger Sport seriyasından olan amortizatorların müxtəlif parametrlərə malik bir neçə amortizator təklif edilir ki, bu və ya digər yay və avtomobilin yüklənmə dərəcəsi də nəzərə alınmaqla ən optimal kombinasiyanı təmin etmək mümkün olsun.
Avstraliyadakı zavodda istehsal edilən və bütün dünyada yolsuzluq avtomobillərində istifadə edilən OME Nitrocharger Sport amortizatorları istənilən yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin asqı sistemlərinin təkmilləşdirilməsinin yeni standartını formalaşdırmış, bu sahədəki rəqiblərini xeyli qabaqlamışdır.
Özəllikləri:
•    18 mm-lik bərkidilmiş, xrom örtüklü ştok. Ştokun möhkəmliyi çətin yol şəraitində hərəkət edən amortizatora təsir edən yüklərə tab gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.
•    Yüksək keçiricilik qabiliyyəti olan yeni yağ klapanı. Teflon örtüklü, 35 mm-lik yağ klapanı yağın keçirici disklərdən bərabər paylanmış şəkildə keçməsini təmin edir ki, bu da daha az istilik ayrılmasını, havanın yağa mənfi təsirini azaldır və amortizatorun sıradan çıxmasının qarşısını alır.
•    Tərsinə axımı əngəlləyən yağ klapanının üçqat kipgəcin (salniki) fiziki xarakteristikaları yaxşılaşdırılmışdır: kipgəc böyüdülmüş və möhkəmləndirilmişdir. Bunun sayəsində yüksək temperaturlarda və daxili təzyiqin yüksək dəyərlərində də öz istismar xarakteristikalarını itirmir. Kipgəc sıxılma zamanı porşenin ştoku vasitəsi ilə içəri palçığın girməsinə mane olur ki, bu da amortizatorun ömrünü xeyli uzadır.
•    Yüksək keyfiyyətli yağ: yeni tərkibli yağ havanın mənfi təsirinə qarşı daha dayanıqlıdır. Bunun sayəsində amortizator gec sıradan çıxır.
•    Amortizator borusunun divarı möhkəmləndirilmişdir. Divarının qalınlığı 1.6 mm-ə çatdırılmış  amortizator borusu bu gün bazarda təklif olunan ən möhkəm borulardandır (adətən amortizator borularının divarlarının qalınlığı 1.3 mm-i keçmir). Borunun möhkəmliyi amortizatorun daxili hissələrinin daha yaxşı mühafizəsini təmin edir.
•    Poliüretan örtük: amortizatorları daşlardan və yolda mövcud olan zibillərdən qoruyur.
•    Amortizatorda azot qazından istifadə edilməsi istismar temperaturunu artırır və yağın klapan sistemindən daha yaxşı keçməsinə şərait yaradaraq amortizatorun optimal istismar göstəricilərini təmin edir.
•    Avtomobillərin modelinə uyğun olaraq hazırlanmış vtulkalar: yüksək keyfiyyətli, dayanıqlı poliüretan vtulkalar səsi azaldır və asqının daha rəvan işləməsini təmin edir.

YAYLAR

Yüksək hərəkət qabiliyyəti və sərnişinlərin rahatlığı
ARB şirkətinin mühəndisləri 20 ildən artıqdır ki yayların dizaynı və təkmilləşdirilməsi ilə məşğuldur. Onlar tam ötürücülü avtomobiliniz üçün mümkün olan ən yaxşı detalları necə yaratmağı yaxşı bilir. Yeni yayları layihələndirilərkən onların istismar müddətini uzatmaq üçün ilk növbədə ən kiçik yüklənmə göstəricilərini yaxşılaşdırmaq lazımdır. Tozlu boya yayların keyfiyyətinin bir neçə il qorumaq iqtidarındadır.
OLD MAN EMU asqılarında amortizator və yayların diqqətlə seçilmiş, avtomobillərin hərəkət xarakteristikalarını, müxtəlif yüklərin təsiri altında onların idarəetməsini yaxşılaşdıracaq kombinasiyaları təklif edilir. Bu kombinasiyaların formalaşdırılması zamanı hərəkət əsnasında kardan ötürücüsünə və sükan idarəetməsinin həndəsi cəhətlərinə mənfi təsir edən amillərin təsirlərinin azaldılmasına xüsusi diqqət göstərilir. Əksər hallarda, müxtəlif komplektləşdirici avadanlıqlardan və sürücünün özünün seçimlərindən asılı olaraq  yay və amortizatorların da müxtəlif kombinasiyaları təklif edilir.

İstehsal prosesinin fasiləsizliyi
Materiallardan tutmuş hazırlandıqları dəzgahlara qədər, bütün mərhələlərdə yayların istehsal prosesinin fasiləsizliyi təmin edilməlidir. ARB şirkətində yayların istehsalında bu fasiləsizlik tam olaraq təmin edilir.

Geniş seçim imkanı
ARB şirkəti müxtəlif avtomobillər, hətta sizin ağlınıza belə gəlməyən avtomobillər üçün müxtəlif yüklənmə tutumlu yaylar istehsal edir.

Keyfiyyət
Yayların ucları avtomobilinizlə ideal uyğunluğu təmin edəcək qaydada layihələndirilir. Dayanıqlı tozlu boya örtüyü yayların keyfiyyətinin uzun illər boyu qoruyub saxlayır.

SÜKAN MEXANIZMININ STABILIZATORLARI

Sükan çarxındakı vibrasiyanın azaldılması, avtomobilin idarəetməsinin asanlaşdırılması və sadələşdirilməsi məqsədi ilə istehsal edilir. OME stabilizatorları ağır yol şəraitində, dərəli – təpəli ərazidə hərəkət edərkən sükanın sürücünün əlindən çıxmamasını təmin edir.
Özəllikləri:
•    9 səviyyədə işləyən klapan sistemi optimal effektivliyi təmin edir.
•    15 mm-lik ştok avtomobilin öz ştokundan xeyli möhkəmdir.
•    Daşlara qarşı müdafiə lövhəsi metaldan olub ştokun zədələnməsinin qarşısını alır.
•    Yağ bakı daha böyükdür.
•    İkiqat boru formasında dizayn edilməsi daxili hissələri daşlardan qoruyur.
•    Bir neçə kipləşdirici halqa yağın sızmasına mane olur.
•    Özünəməxsus quraşdırma və bərkitmə detalları quraşdırmanı asanlaşdırır və rahatlaşdırır.

VTULKALAR VƏ OYMAQLAR

OME öz alıcılarına geniş çeşiddə vtulkalar, diaqonal dartılar, linglər və stabilizatorlar təklif edir. Ressorlar üçün şlisli vtulkalar ya da təkərcik formalı oymaqlar kimi unikal detallar asqının bütövlükdə düzgün fəaliyyətini təmin edir.
Asqı sistemi elementlərinin tam və rahat quraşdırılması üçün OME öz istehsalı olan “U” şəkilli xamıtları, şkvorenləri, yayların altına qormaq üçün araqatlar, oymaqlar, quraşdırma dəstləri və s. təklif edir.

Baxış: Toyota FJ Cruiser 2011-14 OME asqı dəsti (+50mm)

Ümumi parametrlər

Avtomobil markası/tipi Toyota FJ Cruiser
Tip İdman

Konstruksiya

Quraşdırma Ön/arxa
Производителем могут быть изменены комплект поставки и страна производства без предварительного уведомления, вследствие чего на момент приобретения конкретного товара они могут отличаться от указанных ранее

Rəylər (0)

0
Rəy bildirmək
Ləyaqət:
Çatışmazlıqlar:
Şərhlər:
Adınız:
Şəkildəki simvollar:
İstifadə müddəti:
Orta qiyməti:
0
Dizayn:
0
Keyfiyyət:
0
Funksionallıq:
0
Qiymət:
0
Dərc etmək Ləğv olundu
Birinci Rəy bildirən Siz olun.
Bir toxunuşla almaq